Ən böyük iqtisadi beşlik dəyişdi​

Böyük Britaniya dünya iqtisadiyyatları arasında altıncı yerdədir.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın maliyyə naziri Filip Hammond deyib. Bununla da Britaniya ən iri beş iqtisadiyyatı olan ölkələr sırasından çıxıb. Fransa Britaniyanı 2013-cü ildən beşinci olduğu pillədən sıxışdırıb. Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, ilk beşliyin sıralaması belədir: ABŞ, Çin, Yaponiya, Almaniya və Fransa. F. Hammond qeyd edib ki, Böyük Britaniyanın iqtisadiyyatı dünyada böyüklüyünə görə altıncıdır, London isə əsas beynəlxalq maliyyə mərkəzi olaraq qalır.

DİGƏR XƏBƏRLƏR

Top