"Qarabağ" yenə "Çelsi'"yə məğlub oldu VİDEO

Çempionlar Liqasında “Çelsi”ni qəbul edən “Qarabağ” cavab oyununda da ingilis klubuna məğlub olub.

Matç Qarabağ üçün heç də yaxşı başlamayıb. Belə ki, Portuqaliyadan olan baş hakim Manuel De Sousa matçın 19-cu dəqiqəsində ağdamlıların kapitanı Rəşad Sadıqova haqsız yerə qırmızı vərəqə göstərərək ''Qarabağ''ın qapısına penalti təyin edib. Eden Hazard zərbəni dəqiq yerinə yetirərək Çelsini önə çıxarıb. Oyunun 36-cı dəqiqəsində isə Willian ''Qarabağ''ın qapısından 2-ci topu keçirib. Matçın 72-ci dəqiqəsində portuqal hakim ''Qarabağ''ın müdafiəçisi Maksim Medvedevə sarı vərəqə göstərərək qapımıza növbəti penaltini təyin edib.

Sesk Fabreqas zərbəni dəqiqə yerinə yetirərək Çelsinin üstünlüyünü 3 topa çatdırıb. Matçın 85-ci dəqiqəsində isə Willian dubl edərək Çelsinin 0-4 hesablı qələbəsində son nöqtəni qoyub.

Beləliklə, ''Qarabağ'' bu nəticədən sonra 2 xalla qrup sonuncusu olaraq qalıb. oxu.az

Qarabağ

DİGƏR XƏBƏRLƏR

Top