Əməkdar artistin həbsdə olan oğlu azadlığa çıxdı - FOTO

İlham Əliyev səfərbərlik xidməti ilə bağlı fərman verdi - YENİ SƏLAHİYYƏT

"Azərsu" ASC: "Əhalinin 20 milyon borcu var, hər gün suyu kəsirik"

Cümə, 15 dekabr 2017
TR EN RU

Menu

Cümə, 15 dekabr 2017
EN TR RU

DÜNYA

Soçidə üçtərəfli sammit başladı: üç prezidentdən ilkin açıqlamalar

22.11.2017 18:25

Suriyanın dağılmasının qarşısını almaq mümkün oldu.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Türkiyə və İran prezidentlərinin iştirakı ilə keçirilən Suriya böhranı üzrə üçtərəfli sammitdə deyib. Onun sözlərinə görə, İran və Türkiyə ilə üçtərəfli görüş Suriyada müsbət dəyişiklikləri möhkəmləndirməyə və inkişaf etdirməyə hesablanıb. V. Putin Suriya üzrə Astana prosesində Türkiyə və İran prezidentlərinin xüsusi rolunu qeyd edib:

“Bunsuz hərbi fəaliyyətlərin dayandırılması mümkün olmazdı”. Rusiya lideri əlavə edib ki, Suriyada terrorçulara qarşı irimiqyaslı hərbi əməliyyatlar yekunlaşır: “Çoxillik vətəndaş müharibəsinə son qoymaq üçün real şans yaranıb”.

V. Putin Suriyanın dirçəldilməsi üçün kompleks proqram hazırlamağı təklif edib.

İran Prezidenti Həsən Ruhani isə bildirib ki, hazırda İŞİD terror təşkilatının əsası dağıdılıb. O qeyd edib ki, bu gün Suriyada böhranın başa çatdırılması üçün yeni perspektiv açılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində deyib ki, Astanada Suriya böhranı üzrə keçirilmiş danışıqlar bütün Yaxın Şərq regionu üçün faydalı olub: “Ümid edirik ki, Soçidə Suriya üzrə kritik qərarlar qəbul edə biləcəyik”.

Oxundu 159

© 2017 - NSPSOLUTIONS