Əməkdar artistin həbsdə olan oğlu azadlığa çıxdı - FOTO

İlham Əliyev səfərbərlik xidməti ilə bağlı fərman verdi - YENİ SƏLAHİYYƏT

"Azərsu" ASC: "Əhalinin 20 milyon borcu var, hər gün suyu kəsirik"

Cümə, 15 dekabr 2017
TR EN RU

Menu

Cümə, 15 dekabr 2017
EN TR RU

CƏMİYYƏT

Nazir: “Azərbaycan hökuməti neftdən gələn gəlirlərin istifadəsinə xeyli həssas yanaşır”

22.11.2017 18:00

“Ola bilsin ki, bəzi xərclərin artırılmasına ehtiyac var. Bununla belə, dövlətin xərcləri gəlirləri ilə uzlaşmalıdır”.

Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkillərinin bəzi xərclərin artırılması ilə bağlı irəli sürdüyü təklif və iradlara cavab verərkən deyib.

Onun sözlərinə görə, gəlir mənbəyi olmadan xərclərin artırılması yolverilməzdir: “Gəlir olmayan yerdə xərclərin artırılması qısa müddət çəkəcək və bu, böyük problemlər yarada bilər. Biz optimal səviyyədə xərcləri tənzimləməli və çalışmalıyıq ki, gəlirlərimiz qeyri-neft sektoru hesabına artsın. Azərbaycan hökuməti neftin satışından əldə olunan gəlirlərin istifadəsinə xeyli həssas yanaşır və böyük hissəni ehtiyatlara saxlayır. Çünki ehtiyatlara həssas dönəmlərdə ehtiyac olur”. Apa

Oxundu 155

© 2017 - NSPSOLUTIONS