Azərbaycanda 16 mindən çox uşaq zəif görür, 709 uşaq kordur

Dövlət Statistika Komitəsinin "2016-cı ildə əqli və fiziki cəhətdən qüsurlu olan uşaqların sayı" bölməsinin məlumatına görə, Azərbaycanda 1352 kar uşaq var. "Yeniavaz.com" xəbər verir ki, onların çoxu 11-17 yaşlılardır. Zəif eşidən uşaqların sayı isə 2849 nəfərdir. Onların da xeyli hissəsi - 1232 nəfəri 11-17 yaş arasındadır.

Ötən ilə olan məlumata görə, ölkəmizdə kor uşaqların sayı 709 nəfərdir. Zəif görən uşaqlar isə bundan dəfələrlə çoxdur - 16 min 662 nəfər.

Digər xəstə uşaqların statistikasına diqqət yetirək:

- Əqli cəhətdən zəif inkişaf etmiş uşaqlar: 5225 nəfər.

- Nitq qüsurlu olan uşaqlar: 5008 nəfər.

- İflic qalığı olan uşaqlar: 4074 nəfər.

- Skoliozlu (onurğa sümüyünün əyilməsi xəstəliyi olan) uşaqlar: 4545 nəfər.

Qeyd edək ki, bu xəstəlikdən əziyyət çəkən uşaqların da çoxu 11-17 yaşlılardır.

DİGƏR XƏBƏRLƏR

Top