Əməkdar artistin həbsdə olan oğlu azadlığa çıxdı - FOTO

İlham Əliyev səfərbərlik xidməti ilə bağlı fərman verdi - YENİ SƏLAHİYYƏT

"Azərsu" ASC: "Əhalinin 20 milyon borcu var, hər gün suyu kəsirik"

Cümə, 15 dekabr 2017
TR EN RU

Menu

Cümə, 15 dekabr 2017
EN TR RU

DÜNYA

Xamenei: "Bu, təkcə İŞİD-ə yox, ABŞ-a endirilmiş zərbə idi"

22.11.2017 16:54

“Siz xərçəng yığını olan öldürücü İŞİD-i darmadağın etməklə təkcə region dövlətləri və İslam dünyasına deyil, bütün xalqlara, bəşəriyyətə böyük xidmət göstərdiniz”. İranın Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, bunu İranın Ali lideri Həzrət Ayətullah Xamenei general Hacı Qasım Süleymaninin məktubuna cavabında deyib. O bildirib ki, bu, təkcə qəddar və üzüqara İŞİD qruplaşmasına deyil, ABŞ-ın əvvəlki və indiki hökumətlərinə, həmin hökumətlərin bu qruplaşmanı regionda təsis etmiş, öz çirkin hökmranlıqlarını Qərbi-Asiya regionuna yaymaq və qəsbkar sionist rejimi burada hökmran etmək üçün dəstəyini əsirgəməyən rejimlərə endirilmiş zərbədir. A.Xamenei hərbi qüvvələrə baş verə biləcək yeni həmlələrə qarşı yenə də hərtərəfli hazırlıqlı olmağı tövsiyə edib: “Bu xəbis planı hazırlamış şəxslər sakit durmayacaq, onu bu regionun başqa bir yerində və ya başqa bir şəkildə yenidən həyata keçirəcəklər. Hərtərəfli hazırlıqlar unudulmamalıdır”.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanı, general-mayor Qasım Süleymani İŞİD-in hakimiyyətinin sona çatması ilə bağlı Xameneiyə ünvanladığı məktubunda İŞİD-in Əbukamaldakı məğlubiyyəti nəticəsində terror təşkilatının bayrağının endirilib, yerinə Suriya bayrağının dalğalandırılması ilə bu murdar və çirkin yaradılışın sona çatdığını bildirib.Apa

Oxundu 148

© 2017 - NSPSOLUTIONS