DİN: Bakıda baş verən avtobus qəzası ilə bağlı yük maşınının sürücüsü tutulub

Daxili İşlər Nazirliyi Bakının Qaradağ rayonunda baş vermiş ağır yol qəzası haqqında məlumat yayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, noyabrın 21-də saat 13 radələrində Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində Lənkəran şəhər sakini Yusif Həsənov idarə etdiyi “Hovo” markalı yük avtomobilini yolun kənarında dayanmış “İsuzu” markalı 149 saylı xətt avtobusuna vurub. Nəticədə avtobusdakı sərnişinlərdən 4-ü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir. Faktla bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə cinayət işi başlanılıb. Yük avtomobilini idarə edən Y.Həsənov qeyd olunan maddə ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.Apa

DİGƏR XƏBƏRLƏR

Top