Əməkdar artistin həbsdə olan oğlu azadlığa çıxdı - FOTO

İlham Əliyev səfərbərlik xidməti ilə bağlı fərman verdi - YENİ SƏLAHİYYƏT

"Azərsu" ASC: "Əhalinin 20 milyon borcu var, hər gün suyu kəsirik"

Cümə, 15 dekabr 2017
TR EN RU

Menu

Cümə, 15 dekabr 2017
EN TR RU

HADİSƏ

Qubada ayı ovlayan şəxslər saxlanılıb

22.11.2017 15:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şahdağ Milli Parkının Quba rayon ərazisində reyd keçirən zaman 3 atlının yüklü halda hərəkət etdiyini görüb onları saxlamaq istəsələr də, sonuncular atların üzərindəki yüklərini ataraq oradan uzaqlaşıblar. Baxış zamanı kisələrin içində adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş qonur ayının kəsilmiş başı, dərisi, hissələrə bölünmüş əti və ov alətləri aşkarlanıb. Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə yerli hüquq-mühafizə orqanlarına göndərilib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ayını qanunsuz ovlamış şəxslər müəyyənləşiblər. Şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilən Qonaqkənd kənd sakinləri Fariz Rəhmanovun, Aydın Nəsirovun və Pirməmməd Nemətovun ovu birgə etdikləri məlum olub. Onlardan ov zamanı istifadə etdikləri “İJ” markalı ov tüfəngi və 6 ədəd patron götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.Apa

Oxundu 146

© 2017 - NSPSOLUTIONS