ABŞ Polşaya 10,5 milyard dollarlıq “Patriot” sistemləri tədarük edəcək

ABŞ Polşaya təqribən 10,5 milyard dollar məbləğində “Patriot” raket əleyhinə kompleksləri tədarük etməyə qərar verib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Müdafiə Nazirliyinin Hərbi əməkdaşlıq idarəsindən deyiblər. Bildirilir ki, Dövlət Departamenti modernləşdirilmiş sensorları ilə “3+” konfiqurasiyasında “Patriot” hava hücumundan müdafiə və raket əleyhinə sistemlərin Polşaya mümkün tədarükünü bəyənən qərar qəbul edib. Polşanın müdafiə naziri Antoni Maçereviç daha əvvəl bəyan edib ki, “Patriot” sistemləri artıq 2019-cu ildə Varşavaya tədarük edilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top