Bosniyalı müsəlmanlara qarşı soyqırım törətmiş Mladiçə hökm oxundu

Hollandiya Haaqa şəhərində keçmiş Yuqoslaviya Beynəlxalq Cəza Məhkəməsi “Srebrenitsa qəssabı” kimi tanınan və aralarında uşaqların da olduğu 8 mindən çox insanın ölümünə görə məsuliyyət daşıyan sabiq serb komandiri Ratko Mladiç haqqında hökm verib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, soyqırım, bəşəriyyətə qarşı cinayət və müharibə cinayətlərinin də daxil olduğu 11 ayrı cinayətə görə ittiham olunan R. Mladiç ömür boyu həbs cəzasına məhkum edilib. Məhkəmə qərarının ən önəmli ünsürlərindən birini 74 yaşlı serbin soyqırıma görə günahkar sayılması təşkil edir.

Xatırladaq ki, R. Mladiç 1992-1995-ci illər müharibəsindən sonra haqqındakı ittihamlar səbəbindən, xüsusilə ABŞ, İngiltərə və Fransa xüsusi təyinatlılarının izinə düşməsindən sonra 16 il gizlənmişdi. O, 2011-ci ildə Serbiya polisinin keçirdiyi əməliyyat nəticəsində Rumıniya ilə sərhəddə yerləşən kiçik kənddə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top