Türkiyə prezidentinin baş müşaviri: “İranla ticarət əlaqələrinə məcbur idik”

Türkiyə prezidentinin baş müşaviri və sözçüsü İbrahim Kalın “France 24” televiziya kanalına Türkiyə gündəmi ilə bağlı müsahibə verib.

“Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kalın, iş adamı Rza Zərrabla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı əlaqələrə bağlı suala cavab verib. Prezident sözcüsü bildirib ki, Ərdoğanla Zərrab arasında və ya onun ABŞ-dakı istintaqı ilə heç bir əlaqəsi yoxdur: “Prezidentimizin nüfuzuna zərər verməyə çalışırlar”.

“Bu istintaq işi, siyasidirmi?” – sualına İ. Kalın belə cavab verib: “Bəli, bu sırf siyası istintaqdır”.

“ABŞ ədliyyə sisteminin Ərdoğanı hədəf aldığını deyirsiniz?” – sualına Kalının cavabı belə olub: “Bunu həmişə demişik, bu siyasi motivli işdir. Biz xaricdən aldığımız enerjidən asılıyıq. Sanksiyalar zamanı İranla bu ticarət əlaqələrinə məcbur idik. Bunu başqa yollarla yoxlamağa məcbur olacağımızı bildirdik. Banklarımız, iqtisadiyyat nazirimiz işin içinə daxil oldu. Bütün bunlar ABŞ-a məlumdur. İndi isə əvvəllər Fəthullah Gülənin adamları tərəfindən gündəmə gətirilən məsələ 3-4 il sonra yenidən qarşımıza çıxarılır. Eyni iddialardı, amma bu dəfə bizi ABŞ mühakimə edir”.

İ. Kalın, “Bəs bunlar kimdir?” sualına cavabında bildirib ki, bu Tramp hakimiyyəti deyil: “Sistemin və məhkəmənin içindəki, F. Gülənin adamlarının əlaqədə olduğu bilinən müəyyən adamlardır”.

“Sizcə ABŞ məhkəmə sistemini Gülənin adamları idarə edir?” – sualını isə Türkiyə prezidentinin baş müşaviri belə cavablandırıb: “Bunu siz deyirsiniz, mənim dediyim bunun siyasi hala gətirildiyi və istintaqın məqsədinə baxılanda məlum olur. Bu əvvəllər Türkiyədə baş tutmamış istintaqdı”.

Zərrabın etirafçı olub-olmaması ilə bağlı məsələyə də münasibət bildirən Kalının sözlərinə görə, məhkəmə detallarını bilmir: “Bu məhkəmə prosesidir, bir daha təkrar edirəm ki, biz qanuni çərçivədədən kənar heç bir şey istəmirik. Ancaq təəssüf ki, həm Obama, həm də Tramp hakimiyyəti bu məsələdə bir şey etmədilər. Bu da nəticədə iki müttəfiqin əlaqələrinə təsir edir”.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top