Gəncənin ədliyyə işçiləri peşə bayramını qeyd ediblər

Gəncənin ədliyyə işçiləri peşə bayramını qeyd ediblər. Gəncənin baş meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edən ədliyyə işçiləri abidə önünə gül-çüçək dəstələri düzüblər. Daha sonra Gəncə Regional Ədliyyə Şöbəsinin əməkdaşları Mərkəzi Qan Bankının Gəncə bölməsində qan veriblər. Tibbi yoxlanışdan keçən 50-yə yaxın ədliyyə işçisi talassemiya və hemofiliyalı xəstələrə yardım məqsədi ilə qan veriblər. Bir nəfərdən təqribən 250-300 qram arası qan götürülüb. Azərbaycanda ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilir və ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilib.

Qeyd edək ki, Gəncə Regional Ədliyyə Şöbəsi hazırda Gəncənin Kəpəz və Nizami rayonları ilə yanaşı ətraf yeddi rayona da xidmət göstərir.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top