“Qəzalı evlərdə yaşayan məcburi köçkünlər ilk növbədə köçürülməlidir. Bu, çox vacibdir və tezliklə həll etmək lazımdır”.
Bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən parlament sədrinin müavini Bahar Muradova deyib.
O qeyd edib ki, ayrı-ayrı evlərdə və özəlləşmiş müəssisələrin həyətində, qeyri-yaşayış sahələrində məskunlaşan köçkünlər var və onların vəziyyəti çox ağırdır: “Nəzərə alsaq ki, onlar yataqxanalarda deyillər və ilk növbədə, köçürülməsi vacib olan insanların siyahısına aid deyillər, onların vəziyyəti həqiqətyən də acınacaqlıdır. Bu istiqamətdə də diferrensial yanaşmaya ehtiyac var”. Report