Livanın Baş naziri istefa fikrindən daşındı

Noyabrın 4-də Səudiyyə Ərəbistanında vəzifəsindən istefa vermiş Livanın Baş naziri Saad Hariri özünün istefa qərarından imtina edib və yenidən respublika hökumətinə başçılıq edəcək.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu S. Haririnin özü prezident sarayında keçirilən mətbuat konfransında deyib. O bildirib: “Mən güclü dövlət quruculuğu naminə bütün siyasi qüvvələri həqiqi tərəfdaşlığa çağırıram”.

Baş nazir əlavə edib ki, Livanı onu əhatə edən münaqişələrin alovundan qorumaq üçün ölkə Prezidenti Mişel Aunla əməkdaşlıq edəcək.

DİGƏR XƏBƏRLƏR

Top