Kommersiya obyektlərinin icarəsi bahalaşdı

Bakıda kommersiya obyektlərinin qiymətləri və icarə qiymətləri ilə bağlı son vəziyyət məlum olub. "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, biznes obyektlərinin qiymətləri sentyabr ayı ilə müqayisədə oktyabrda 4,88% ucuzlaşıb. Ötən ilin eyno dövrü ilə müqayisədə isə qiymətlər 19,01% aşağı düşüb. Biznes obyektlərinin və mağazaların icarəsi isə əksinə oktyabrda xeyli bahalaşıb. Belə ki, Bakı üzrə kommersiya obyektlərin icarə qiymətləri sentyabr ayı ilə müqayisədə oktyabr ayında 8,63% artıb. Amma ötən ilin eyni dövrü ilə müqayisədə icarə qiymətləri 15,38% aşağı düşüb.

N.İbrahimov bildirib ki, payız aylarında biznes obyektlərinin icarəsinin bahalaşması gözləniləndir: “Çünki bu fəsildə insanlar mağazalara, obyektlərə daha çox üz tutur. Bu obyektlərinin gəlirliliyi artır. Nəticədə həmin biznes obyektlərinin icarə qiymətlərinə də təsir edir”. fins.az

DİGƏR XƏBƏRLƏR

Top