S-400 sistemlərinin Türkiyəyə tədarük tarixi açıqlandı

Rusiyadan Türkiyəyə S-400 zenit-raket komplekslərinin ilk tədarükü 2019-ci ildə həyata keçiriləcək.

“Yeniavaz.com”un “YeniŞafak” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli ölkə parlamentində çıxış edərkən deyib. Rusiya ilə S-400 sistemlərinin tədarükü üçün saziş imzalandığını xatırladan nazir qeyd edib ki, saziş çərçivəsində iki S-400 sistemi tədarük olanacaq.

Xatırladaq ki, Türkiyə sentyabrın 12-də S-400 sistemlərinin tədarükü haqqında sazişə uyğun olaraq ilk ödəniş edib.

DİGƏR XƏBƏRLƏR

Top