Onkoloji xəstələrin problemi parlamentdə gündəmdə

“Bədxassəli şiş əleyhinə olan preaparatların alınması üçün ayrılmış vəsaitin həcmi artırılsın”.

Bu təkliflə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov büdcə zərfinin müzakirəsində çıxış edib. O qeyd edib ki, dünyada onkoloji xəstəliklərin müalicəsi üçün hədəf tipli yeni müalicə üsulları və preparatlar meydana çıxıb: “Onları almaq üçün vəsait lazımdır. Hazırda ayrılan vəsait buna bəs etmir. Belə preaparatlar onkoloji xəstəliklərin müalicəsində inqilabi addımdır. Praktiki olaraq bu preparatların köməyi ilə yayılmış formada olan onkoloji xəstəliklərin, son mərhələdə olan onkoloji xəstələrə kömək etmək mümkün olur”. Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top