Tbilisidə antiterror əməliyyatı başa çatıb, 3 nəfər saxlanılıb - YENİLƏNİB

Tbilisidə gecə saatlarından etibarən davam etdirilən antiterror əməliyyatı başa çatıb. Xüsusi təyinatlılar və texnika hadisə yerini tərk edir. Qeyri-rəsmi məlumatlara əsasən, əməliyyat nəticəsində terrorçuluqda şübhəli bilinən üç şəxs saxlanılıb. Bir nəfər xüsusi təyinatlı isə ölüb.

12:55

Tbilisidə keçirilən antiterror əməliyyatı zamanı bir nəfər saxlanılıb. Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib. Məlumata əsasən, saxlanılan şəxs Gürcüstan vətəndaşı deyil. O, terror təşkilatının üzvüdür. Digər terrorçunun yaxalanması istiqamətində tədbirlər görülür.Apa

DİGƏR XƏBƏRLƏR

Top