Türkiyənin “Beşiktaş” klubu Çempionlar Liqasının “pley-off mərhələsinə vəsiqə qazanıb.
“Qara qartallar” qrup mərhələsinin V turu çərçivəsində Portuqaliyanın “Portu” komandasını qəbul ediblər.
“Vodafon Arena”da keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Hesabı 29-cu dəqiqədə qonaqlar açıblar. Felipe fərqlənib. 43-cü dəqiqədə isə Anderson Talisca oyunda tarazlığı bərpa edib.
Beş turdan sonra hesabında 11 xal “Beşiktaş” G qrupundan pley-off mərhələsinə lider kimi yüksəlib. İkinci yerdə qərarlaşan “Portu”nun yeddi xalı var. Almaniyanın “Leipziq” klubu dörd xalla üçüncü, Fransanın “Monako” komandası isə iki xalla sonuncudur. oxu.az