14 ölkə Ukraynadakı aclığı soyqırım kimi tanıdı

Dünyanın 14 ölkəsinin parlamenti 1932-1933-cü illərdə Ukraynadakı aclığı (Qolodomor) Ukrayna xalqının soyqırımı kimi tanıyıb. “Yeniavaz.com”un “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən deyiblər. Bildirilir ki, Gürcüstan, Latviya, Litva, Estoniya, Polşa, Macarıstan, Latviya, Kolumbiya, Meksika, Ekvador, Paraqvay parlamentləri bu cür qərar qəbul edib. Bundan başqa, Ukraynadakı aclıq Avstraliya, Kanada və Portuqaliyada parlament və regional səviyyələrdə soyqırım kimi tanınıb. Regional səviyyədə müvafiq qərar Argentina, Braziliya, Böyük Britaniya, İspaniya, İtaliya və ABŞ-da təsdiq edilib. İspaniya, Fransa, Çili, Çexiya, Slovakiya, Andorra, Argentina və Meksikanın qanunvericilik orqanları tərəfindən qolodomor qurbanlarının xatirəsinin anılması haqqında qətnamələr qəbul olunub.

DİGƏR XƏBƏRLƏR

Top