Milli Məclisin deputatı NATO PA-nın seminarında iştirak edəcək

Milli Məclisin deputatı Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının Aralıq dənizi və Yaxın Şərq xüsusi qrupunun, Transatlantik müdafiə və təhlükəsizlik üzrə əməkdaşlıq alt komitəsinin birgə keçirdiyi seminarda iştirak etmək üçün noyabrın 22-dən 26-dək İtaliyada səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Romada keçiriləcək tədbirdə Avropada və Qərbi Balkanlarda terror təhlükələri, beynəlxalq terrorizmə qarşı mübarizə, İtaliyada terrorçuluğa qarşı mübarizə üsulları, Liviyadakı vəziyyət, bu ölkədə yeni müdafiə sistemlərinin qurulması, İŞİD-ə qarşı mübarizədə İtaliyanın rolu, İraqın gələcəyi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq. M. İbrahimqızı müzakirələrdə öz fikirlərini bildirəcək. apa

DİGƏR XƏBƏRLƏR

Top