Mingəçevirdə gənc ananın 3 övladı dünyaya gəlib

Kəlbəcər rayonundan olan və 1993-cü ildən bəri Mingəçevir şəhərindəki vaqon evlərdə yaşayan Vüsal Mamedovun ailəsində dünyaya gələn körpələrin hər üçü qızdır. Onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində 10 dəqiqə fasilə ilə doğulub. İlk doğulan qızın çəkisi 1 kq 900 qram olub. Sonrakı uşağın çəkisi 1 kq 700, üçüncü körpə isə 1 kq 600 qram çəkidə olub. Üçəmlərin və anaları, 1987-ci il təvəllüdlü Mamedova Fəxriyyə Zahid qızının vəziyyəti qənaətbəxşdir. Onlar ciddi həkim nəzarəti altında saxlanılır. Valideynləri uşaqlara Mehriban, Leyla və Arzu adlarını verib. Qeyd edək ki, üçəmdən əvvəl gənc ailənin bir qız övladı var.

Esmira Hidayətova,MİNGƏÇEVİR.

DİGƏR XƏBƏRLƏR

Top