Kreml Putinin Soçi sammitindən öncə Əsədlə görüşməsinin səbəbini açıqladı

Rusiya Prezidenti Vladimir Putin Türkiyə, İran və İran liderlərinin üçtərəfli görüş ərəfəsində Suriya Prezidenti Bəşər Əsədlə bütün əldə olunmuş razılaşmalarım yerinə yetiriləcəyinə əmin olmaq üçün görüşüb.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, sabah baş tutacaq Rusiya, İran və Türkiyə prezidentlərinin üçtərəfli görüşünün razılaşdırılması zamanı V. Putin həmsöhbətlərini əmin edib ki, Rusiya tərəfi Suriya rəhbərliyi ilə müvafiq iş aparacaq: “Məqsəd sabah Soçidə əldə oluna biləcək anlaşılmalara zəmin hazırlamaq, bu cür razılaşmaların həyata keçirilə biləcəyinə və havada asılı qalmamasına əmin olmaqdır”.

DİGƏR XƏBƏRLƏR

Top