Ərdoğan: Rusiya ilə yaxın əlaqələrdən əldə edilənlər xeyli önəmlidir

Noyabrın 22-də Soçidə Türkiyə, İran və Rusiya prezidentlərinin iştirakı ilə keçiriləcək sammitdə regionun gələcəyi baxımdan çox önəmli danışıqlar aparılacaq. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Suriya və İraqda cərəyan edən hadisələr Türkiyəni öz həll yollarını tapmaqda metodlar üzərində işləməyə məcbur etdi. Türkiyə Prezidenti qeyd edib ki, Moskva ilə bəzi mövzularda hələ də fikir ayrılıqları olsa da Rusiya ilə yaxın əlaqələrdən əldə edilənlər xeyli önəmlidir: “Mərkəzi İraq hökuməti ilə də uzun müddətdir olmadığı qədər müsbət yaxınlaşma var. Fransa ilə də yaxın dialoq içərisindəyik. Almaniya, Hollandiya, Belçika kimi ölkələr isə təəssüf ki, bir müddətdir irqçiliyin pəncəsinə düşüblər. Buna baxmayaraq, onların hamısı ilə həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində əlaqələrimizi inkişaf etdirmək istəyirik”.

DİGƏR XƏBƏRLƏR

Top