ABŞ Gürcüstana tank əleyhinə komplekslər göndərəcək

ABŞ Dövlət Departamenti Gürcüstana “Javelin” daşına bilən raket əleyhinə komplekslərin tədarükünü dəstəkləyib.

“Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumaat görə, söhbət təqribən 75 milyon dollar həcmində tədarüklərdən gedir. Gürcüstan hakimiyyəti bu kompleks üçün 410 raket, 72 tuşlayıcı-buraxılış qurğuları, 10 təlim kompleksi və onlar üçün 70 başlıq əldə etmək istəyini daha əvvəl bəyan etmişdi. Amerika tərəfi tank əleyhinə raket komplekslərinin Gürcüstana daşınmasını və texniki xidmət göstərilməsini təmin etməyə hazırdır. Bununla belə qeyd edilir ki, saziş hələ imzalanmayıb və bu qərarı hələ ABŞ Konqresi dəstəkləməlidir.

DİGƏR XƏBƏRLƏR

Top