Avtoritetlə görüntüsü yayılan xanım müğənni danışdı: "Xəbərdən şoka düşmüşəm"

Əməkdar artist Zöhrə Abdullayevanın kriminal aləmdə Elnur Şuşalı kimi tanınan avtoritetlə fotosu yayılıb.

Elnur Şuşalı “Lotu Quli”yə yaxınlığı ilə seçilən şəxslərdəndir.

Saytımıza açıqlama verən Zöhrə Abdullayeva xəbərdən şoka düşdüyünü bildirdi:

“Nə danışırsan? O Elnur avtoritetdir? Mən nə bilim o kimlərlə dostluq edir. Mən rəfiqəmin yanında onun oğlunun ad gününə getmişəm. O da şuşalıdır, mən də, rəfiqəm də. Mən yazıq hardan bilim o “Lotu Quli”nin yaxın dostudur. Mən buna inanmıram. O taksiylə güclə gəzir, hardan avtoritet oldu?”(yenicag)

DİGƏR XƏBƏRLƏR

Top