Bir ildə Azərbaycanda 34 min abort olunub

2016-cı ildə Azərbaycanda 34 min 569 abort olub. "Yeniavaz.com" saytı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki illərlə müqayisədə abortların sayında xeyli artım var. Statistikaya diqqət yetirək:

- 2010-cu ildə - 26 min 801 uşaq abort olunub.

- 2011-cı ildə - 27 min 790 uşaq abort olunub.

- 2012-ci ildə - 31 min 38 uşaq abort olunub.

- 2013-cü ildə - 27 min 892 uşaq abort olunub.

- 2014-cü ildə - 27 min 220 uşaq abort olunub.

- 2015-ci ildə - 27 min 452 uşaq abort olunub.

Abortlar ən çox 25-29 yaşlı analar arasında qeydə alınıb. Maraqlıdır ki, Azərbaycanda hətta 15 yaşlılar arasında da abortlar olub. Statistikaya diqqət yetirək:

- 15-17 yaşlılar arasında: 19 abort.

- 18-19 yaşlılar arasında: 1242 abort.

- 20-24 yaşlılar arasında: 7773 abort

- 25-29 yaşlılar arasında: 11289 abort.

- 30-34 yaşlılar arasında: 8930 abort.

- 35-49 yaşlılar arasında: 5316 abort.

DİGƏR XƏBƏRLƏR

Top