Sergey Lavrov Bakıdan sonra İrəvana gedib: Dağlıq Qarabağla bağlı nə baş verir?

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini müzakirə edəcək.

XİN rəhbəri erməni həmkarı Edvard Nalbandyan və Ermənistan prezidenti Serj Sarqsyanla danışıqlar aparacaq.

Lavrov İrəvana Bakıdan gedib. Burada o Azərbaycan rəhbərliyi ilə münaqişənin həlli yollarını müzakirə edib. Onun sözlərinə görə, problemin bir çox istiqamətləri artıq müəyyənləşdirilib:

"Münaqişə heç kimi qane etmir, həll yollarını tapmaq lazımdır, üstəlik nəticəyə gətirib çıxarmalı olan bir çox istiqamətlər aydın görünür".Report

DİGƏR XƏBƏRLƏR

Top