Bel ağrısının 9 SƏBƏBİ

Xaricdən gətirilən kərə yağı ucuzlaşıb: Marketlərdə qiymətlər niyə enmir?

Kubokun finalı 28 mayda olacaq

şənbə, 17 fevral 2018
TR EN RU

Menu

şənbə, 17 fevral 2018
EN TR RU

HADİSƏ

Rusiyada azərbaycanlı tələbə vəhşicəsinə döyülüb FOTO

20.11.2017 22:40

Rusiyanın Perm şəhərində azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Bu barədə APA-nın Rusiya bürosuna Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib. O, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlunun naməlum şəxslər tərəfindən vəhşicəsinə döyüldüyünü söyləyib.

Diaspor sədri Azərbaycan vətəndaşı olan Hüseynin hazırda reanimasiyaya yerləşdirildiyini , vəziyyətinin çox ağır və huşunun yerində olmadığını bildirib.

Ç. İsayev diasporun öz gücü ilə Bakıdan təhsil almaq üçün Permə gələn azərbaycanlı tələbəyə yardım göstərməyə çalışdığını vurğulayıb.

Oxundu 339

© 2018 - NSPSOLUTIONS