Nazirlik Bakıda tarixi binanın söküntüsü barədə: Bizi dinləmədilər

Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə iki dəfə müraciət edərək, Tələt Şıxəliyev küçəsindəki tarixi binanın sökülməsinin yolverilməz olduğunu bildirib.

Bu barədə virtualaz.org-a Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası dövlət xidmətinin rəisi Zakir Sultanov bildirib.

“Bu binanın tarixi əhəmiyyətini əsaslandıran ekspert qiymətləndirmələri təqdim edilmişdi. Lakin bu müraciətlərə diqqət yetirilmədi. Tarixi binanın sökülməsi barədə qərarı qətiyyətlə qınayırıq”, - Zakir Sultanov deyib.

Xatırladaq ki, bundan əvvəl yerli KİV-də paytaxtın Nərimanov rayonunda Tələt Şıxəliyev küçəsində tarixi binaların sökülməsi ilə bağlı məlumat yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top