"Almaniya son 70 il ərzində olmadığı vəziyyətlə üzləşib"

Almaniya hökumətin formalaşdırılması haqqında ilkin danışqlar uğursuzluğa düçar olduqdan sonra təxminən 70 il ərzində olmadığı vəziyyətlə üzləşib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Almaniya Prezidenti Frank Valter Ştaynmayer deyib. Onun sözlərinə görə, hökumətin yaradılması haqqında ilkin danışıqlar hələlik nəticə gətirməyib: “Bu, siyasi partiyalar qarşısında daha böyük çağırışlar qoyur”. Prezident danışıqlar iştirakçılarını fasilə verməyə və öz mövqelərini yenidən dərk etməyə çağırıb: “Bundestaqa seçilmiş bütün siyasi partiyalar ümumi rifah naminə hərəkət etməlidirlər”. F.V. Ştaynmayer yaxın günlərdə partiya lidelərləri ilə görüşəcək. Qeyd edək ki, Almaniyanın Azad Demokratik Partiyası Angela Merkelin Xristian Demokratik İttifaqı/Xristian Sosial İttifaq bloku və “Yaşıllar” partiyası ilə parlament koalisiyasının yaradılmasına dair danışıqlardan çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top