Türkiyə parlamentinə sədr seçildi

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi İsmayıl Kahraman Türkiyə Böyük Millət Məclisinin (TBBM) yenidən sədri seçilib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu, Türkiyə parlamentində keçirilmiş gizli səsvermədən sonra məlum olub. Belə ki, İ. Kahraman səsvermənin üçüncü turunda 289 səs toplayaraq TBBM-nin spikeri vəzifəsini özündə saxlayıb. AKP-nin digər namizədi Tamer Dağlı səsvermənin ikinci turundan sonra namizədliyini geri götürüb. Səsverməninin ilk iki turunda namizdələr səslərin üçdə ikisini (367) toplamalı olduğu halda, üçüncü turda onlara adi səs çoxluğu (276) da kifayət edirdi. Üçüncü turdan sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Zəkəriyə Təmizəl 124 səs, Milliyətçi Hərəkat Partiyasının (MHP) namizədi Cəlal Adan 36 səs, İYİ Partiyasının namizədi Yusif Halaçoğlu 7 səs, Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlma Irmak 37 səs toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top