Tacikistanda Prezidentin kitablarını oxumaq məcburi hal aldı

Tacikistan hakimiyyəti bütün dövlət və özəl radioşirkətlərini ölkə Prezidenti Emomali Rahhmonun əsərlərinin ədəbi qiraətini keçirməyə məcbur edib. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, Tacikistan Televiziya və Radio Yayımı Komitəsindən bildiriblər ki, bu addım hər bir vətəndaşda özünüdərk və vətənpərvərlik hissələrini yüksəldəcək. “Toçikiston” dövlət radiosunun direktoru Fərrux Ziyevin sözlərinə görə, radiostansiya artıq iki kitabın ədəbi qiraətini lentə yazdırıb. Qeyd edək ki, E. Rahmon 20-dən çox kitabın müəllifidir.

DİGƏR XƏBƏRLƏR

Top