9 ayda BTC-yə 120 milyon dollar xərclənib

Bu ilin ilk 9 ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə əməliyyat xərclərinə 101 milyon dollar, əsaslı xərclərə isə 19 milyon dollar xərclənib. Yeniavaz.com "BP-Azərbaycan" şirkətindən verilən məlumatlara istinadən bildirir ki, 1768 km uzunluğunda olan BTC vasitəsilə 2006-cı ilin iyun ayında istismara veriləndən 2017-ci il sentyabr ayının sonunadək ümumilikdə 374 milyon tondan artıq (təxminən 2,8 milyard barel) xam neft nəql edilib və Ceyhan limanında 3674 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Bu ilin yanvar-sentyabr ayları ərzində isə BTC vasitəsilə təqribən 26 milyon ton (193 milyon barrel) xam neft ixrac olunub və bu neft Ceyhan limanında 249 tankerə yüklənib.

"BTC Co."-nun səhmdarları: BP (30,1%), AzBTC (25%), Şevron (8,9%), Statoyl (8,71%), TPAO (6,53%), Eni (5%), Total (5%), İTOÇU (3,4%), INPEX (2,5%), CIECO (2,5%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

DİGƏR XƏBƏRLƏR

Top