Kiloqramı 4000 manata satılan zəfəranı ən çox hansı ölkələr istehsal edir?

Kənd Təsərrüfatı Nazirliyinın “İcmallaşdırma və statisktik təhlil” şöbəsi tərəfindən Azərbaycanda zəfəran istehsalı və onun dünya bazarlarına ixracı imkanları ilə bağlı araşdırma aparılıb. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, İranın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən 2015-2016-cı illərdə 95,0 min hektar sahədə zəfəran əkilib. 2017-ci məhsul ili üçün istehsal həcminin 400 ton olması gözlənilir. Son bir neçə il ərzində Əfqanıstanda zəfəran istehsalının genişləndirilməsi məqsədi ilə beynəlxaq təşkilaltlar bu ölkəyə texniki yardım göstərir. Azərbaycanda da zəfəran istehsalının artırılması potensialı var. Ölkəmizdə 1 hektar ərazidə zəfəran becərilməsi üçün 2-2,5 ton soğanaq tələb olunur. Bir kiloqram soğanağın qiyməti isə təxminən 5 manatdır. Deməli, 1 hektar zəfəran yetişdirmək üçün təkcə toxum xərci 10 – 12,5 min manat təşkil edir. Araşdırmada əsas zəfəran idxal edən ölkələrlə bağlı da məlumat verilmişdir. Göstərilmişdir ki, 2016-cı ildə İspaniya 53 milyon dollar dəyərində zəfəran idxal edib, bu isə dünya idxalının dəyər ifadəsində 25%- ni təşkil edir. İspaniya İrandan aldığı xammal məhsulu qablaşdıraraq, öz brendi adı altında dünya bazarına ixrac edir. Ən iri ixracatçı İran 2016-cı ildə 246,7 milyon dolları dəyərində 172 ton məhsul ixrac edilib. İxrac olunan 1 kq məhsulun orta dəyəri 1500 dollardır. Əsas ixrac istiqamətləri Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Səudiyyə Ərəbistanı, Fransa, İtaliyadır. 2016-cı ildə digər əsas ixracatçılara İspaniya (77 ton), Hindistan (33 ton), Əfqanıstan (10 ton) aiddir. Araşdırmadan göstərilir ki, zəfəran bazarına azad rəqabət höküm sürdüyündən, mənşəyindən və keyfiyyətindən asılı olaraq, 1 kq zəfəranın topdansatış qiyməti 2-5 min dollar arasıdır. Son illər isə zəfəran üzrə alqı-satqı əməliyatları onlayn formalarda aparılmağa başlamışdır. Araşdırmada göstərilir ki, hazırda dünyada əsas zəfəran istehsal edən ölkələr aşağıdakılardı:

DİGƏR XƏBƏRLƏR

Top