Xaricə 16,6 milyard dollarlıq məhsul satan şəxsin adı açıqlandı

Bu ilin 10 ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin və fiziki şəxslərin siyahısında ilk onluğa “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi başçılıq edib. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu şirkətdən başqa ilk onluqda “Baku Steel Company” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Sun Food” MMC, “MKT İstehsalat Kommersiya” MMC, Talıbov Zabil Ocaqverdi oğlu, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “VN Food Export Import Company” MMC, “CTS-Agro” MMC və “Food Export Şəmkir” MMC təmsil olunur. Qeyd edək ki, ötən ayla müqayisədə oktyabr ayında bir şirkət - “VN Food Export Import Company” MMC qeyri-dövlət ixracatçı subyeklərin siyahısında ilk onluğa daxil olmağı bacarıb.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda ARDNŞ- in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ASC, “SOCAR Methanol” MMC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, ARDNŞ-in “Geofizika və Geologiya İdarəsi”, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC, “Naxçıvan MR Dövlət Energetika Agentliyi” və “Azərbaycan Dəmir Yolları” QSC təmsil olunurlar. Qeyd edək ki, ötən ayla müqayisədə oktyabr ayında “SOCAR Methanol” MMC və “Naxçıvan MR Dövlət Energetika Agentliyi” dövlətə məxsus ixracatçı subyeklərin siyahısında öz mövqeyini möhkəmləndirib. Bu ixracatçıların reytinqi ilə bağlı məlumatla təqdim olunan infoqrammalardan tanış ola bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Top