Boks tarixində titul uğrunda ən qısamüddətli döyüş keçirilib

Cənubi afrikalı boksçu Zolani Tete WBO veriyası üzrə dünya çempionu titulunu qazanıb. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, kəmər uğrunda döyüş boks tarixində ən tezkeçən qarşılaşma olub. Z. Teteyə həmyerlisi Sibonizo Qonyaya qarşı döyüşdə qalib gəlmək üçün cəmi 11 saniyə bəs edib. O, ən qısamüddətli titul döyüşü üzrə dünya rekordu müəyyənləşdirib. Əvvəlki rekord Daniel Himenesə məxsus olub. Puerto rikolo idmançı 1994-cü ildə WBO versiyası üzrə dünya çempionu titulunu cəmi 17 saniyə ərzində qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top