"Opel"in vurduğu piyada "Mercedes"in altında can verdi

Dünən Ucarda ağır yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, noyabrın 17-də saat 18 radələrində Ucar rayonunun Pirkənd kəndi ərazisində Gəncə şəhər sakini Gəray Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən kənd sakini Ülvü İsmayılovu vurub, zərbədən Ü.İsmayılov eyni istiqamətdə hərəkətdə olan Eyvaz Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobilin altına düşüb. Ü.İsmayılov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top