Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

Bu ilin oktyabr ayının əvvəlinə olan məlumatına görə, Ermənistan əhalisinin sayı 2 milyon 982,9 min nəfər olub. Yeniavaz.com Ermənistan Milli Statistika Xidmətinin açıqladığı məlumata istinadən bildirir ki, əhalinin sayı bu ilin əvvəlindən ötən 9 ay ərzində 0,3% və ya 9,4 min nəfər azalıb. Statistika Xidmətindən bildirilir ki, əhalinin sayının azalması insanların ölkəni tərk etməsi - miqrasiya ilə bağlıdır. Məlumatda həmçinin qeyd olunur ki, son 12 il ərzində (2006-2017-ci illər) Ermənistanda əhalinin sayı 4,6% və ya 144,2 min nəfər azalaraq 3 milyon 127,1 min nəfərdən 2 milyon 982,9 min nəfərə düşüb. Statistika Xidmətinin məlumatında həmçinin vurğulanır ki, əhalinin sayının 3 milyondan aşağı olması sonuncu dəfə ötən əsrin 70-ci illərində qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top