Aİ ilk dəfə Türkiyəyə maliyyə yardımını siyasi əsasla azaldacaq

Avropa İttifaqının (Aİ) 2018-ci il büdcəsində Türkiyə üçün nəzərdə tutulmuş fondlardan ödənilən ümumi vəsaitin 105 milyon avro həcmində məbləği kəsiləcək.

“Yeniavaz.com”un “Hürriyət” qəzetinə isinadən verdiyi məlumata görə, qərara səbəb kmi Türkiyədəki siyasi proseslər göstərilir. Qərar Aİ-nin 2018-ci il büdcəsi ilə bağlı 16 saatlıq müzakirələrdən sonra qəbul edilib. Müzakirələrə Avropa Parlamenti də qoşulub. Aİ-nin büdcə məruzəçisi Siqfred Mureşan bildirib ki, Türkiyə Avropa standartlarından uzaqlaşdığına görə ödəniş azaldılacaq:

“Gələn il Aİ büdcəsində Türkiyə üçün nəzərdə tutulmuş iştirak öncəsi fondlarda maliyyə vəsaiti 105 milyon avro azaldılacaq. Türkiyə üçün 70 milyon avro həcmində ehtiyat vəsait qorunacaq. Bun fond Türkiyə demokratik standartlar, insan haqları, söz azadlığı, mətbuat azadlığı sahələrində Avropa standartlarına yaxınlaşarsa, istifadə ediləcək”.

Aİ bu qərarı ilə ilk dəfə Türkiyəyə qarşı maliyyə yardımını siyasi əsasla azaldır. Aİ Şurası tərəfindən qəbul edilən qərar Avropa Parlamenti tərəfindən qəbul edilməlidir. Parlament məsələyə noyabrın 30-da baxacaq.

DİGƏR XƏBƏRLƏR

Top