Əməkdar artistin həbsdə olan oğlu azadlığa çıxdı - FOTO

İlham Əliyev səfərbərlik xidməti ilə bağlı fərman verdi - YENİ SƏLAHİYYƏT

"Azərsu" ASC: "Əhalinin 20 milyon borcu var, hər gün suyu kəsirik"

Cümə, 15 dekabr 2017
TR EN RU

Menu

Cümə, 15 dekabr 2017
EN TR RU

CƏMİYYƏT

Dünənki zəlzələ Ağdama ziyan vurmayıb?

18.11.2017 15:05

Xəbər verdiyimiz kimi, dünən- noyabrın 17-də Bərdə, Tərtər, Mingəçevir və Ağdamda yenidən zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ əsasən Ağdam və Bərdədə qeydə alınıb.

“Maqnitudası 4.7, dərinliyi 25 km olan zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub",- deyə Mərkəzdən bildirilib.

Ağdam rayon İcra Hakimiyyətindən bildirilib ki, ötən gün baş verən zəlzələ nəticəsində rayonda heç bir fəsad qeydə alınmayıb.

Ancaq noyabrın 15-də baş verən zəlzələ nəticəsində 127 evə ziyan dəyib. Hazırda rayon Fövqəladə Hallar Komissiyası dəymiş ziyanın tam müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir”.

Mingəçevir İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev bildirib ki, dünənki zəlzələ nəticəsində şəhərə heç bir ziyan dəyməyib.

“Ancaq silkələnmə olmuşdu. Bundan öncəki zəlzələ də şəhərdə heç bir fəsad qeydə alınmayıb”.

Qeyd edək ki, noyabrın 15-də saat 23:48-də Ağdam, Mingəçevir, Bərdə və Tərtər ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub. Modern.az

Oxundu 161

© 2017 - NSPSOLUTIONS