Bu həftə Çinin Quançjou şəhərində dünyada ilk dəfə elektrik enerjisi ilə işləyən gəmi uğurla suya buraxılıb.
“Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, onun su tutumu 2 min ton təşkil edir. Akkumlyatorun enerjı yığma müddəti 2 saatdır. O, tam enerji ilə 80 kilometr məsafəyə üzə bilər. Gəminin ümumi uzunluğu 70,5 metr, eni 13,9 metrdir. Heyət üzvü 6 nəfərdən ibarətdir. Onun yükgötürmə qabiliyyəti 2 min tondur və Çjutszyan çayı üzrə yüklərin daşınması üçün nəzərdə tutulub.