Dünyada ilk dəfə elektrik enerjisi ilə işləyən gəmi suya buraxıldı

Bu həftə Çinin Quançjou şəhərində dünyada ilk dəfə elektrik enerjisi ilə işləyən gəmi uğurla suya buraxılıb.

“Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, onun su tutumu 2 min ton təşkil edir. Akkumlyatorun enerjı yığma müddəti 2 saatdır. O, tam enerji ilə 80 kilometr məsafəyə üzə bilər. Gəminin ümumi uzunluğu 70,5 metr, eni 13,9 metrdir. Heyət üzvü 6 nəfərdən ibarətdir. Onun yükgötürmə qabiliyyəti 2 min tondur və Çjutszyan çayı üzrə yüklərin daşınması üçün nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top