Türkiyədə bu vəzifəyə ilk dəfə qadın təyin edildi

Türkiyədə ilk dəfə dəyanət işləri nazirinin müavini vəzifəsinə qadın təyin edilib.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ bildirib ki, professor doktor Huriyə Martı dəyanət işləri nazirinin müavini təyin edilib. O, vəzifəsinin icrasına bazar ertəsindən başlayacaq. B. Bozdağ qeyd edib ki, H. Martının namizədliyi Türkiyə Prezidenti, Baş naziri və dəyanət işlər nazirinin ortaq razılığı əsasında dəstəklənib.

DİGƏR XƏBƏRLƏR

Top