Argentinada polis futbolçuları güllələdi VİDEO

ANS-in keçmiş əməkdaşının həbs olunduğu bidirilir

Oktay Şirəliyevin oğlu islam iqtisadiyyatını bilən 500 iqtisadçı arasına düşüb

çərşənbə, 13 dekabr 2017
TR EN RU

Menu

çərşənbə, 13 dekabr 2017
EN TR RU

GÜNDƏM

“İcra hakimiyyətləri bələdiyyələri saymır” - Deputat

18.11.2017 13:23

"Bu gün əksər bələdiyyələrin fəaliyyəti heç də qaneedici deyil. Amma onların içərisində fəaliyyəti yaxşı olan bələdiyyələr də var. Ümumilikdə bələdiyyələrin nüfuzsuz orqan olmasını demək düzgün çıxmaz”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib. Deputat bildirib ki, harada müvafiq və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə yaxşı münasibət var, orada onlar yaxşı işləyirlər.

“Harada ki, bu münasibət yoxdur, orada bələdiyyələr passiv fəaliyyət göstərir. Bəzi icra hakimiyyəti orqanları var ki, bələdiyyələrə əlavə qurum kimi baxırlar. Bəzi bələdiyyələrin də təşəbbüsləri yoxdur. Bələdiyyələr öz ərazilərində olanlardan vergi yığmalıdır. Onlar bunu etməyə utanırlar. Deyirlər ki, mən niyə filankəslə pis olmalıyam ki? Bələdiyyələr niyə gedib həmin şəxslərdən haqqın tələb etməməlidir? Axı bu vergini verməyənlər bələdiyyələrin saxlanmağını istəməyənlərdir. Əgər belədiyyələr normal vergi yığa bilsə, yaxşı da iş görə bilər. Əksər bələdiyyə sədrləri deyir ki, 5 illik seçildim və bitəhər yola verim, gələcəkdə bir dəfə də seçilim. Amma bu belə olmamalıdır axı. 1999-cu ildən bələdiyyə seçkiləri keçirilir. Elə bələdiyyə sədri var ki, 18 ildir ki vəzifədədir”.

T.Rzayev deyib ki, bəzən yerli icra hakimiyyəti orqanları bələdiyyələrə əsassız tapşırıqlar verirlər, qeyri-ciddi qurum kimi baxırlar.
“Bir bələdiyyə digərinin torpağını vətəndaşa satması faktları da var. Bu xəritələrin düzgün olmaması ilə əlaqədardır. Ancaq artıq bir neçə bələdiyyənin xəritəsi hazırlanaraq onlara verilib. Digərlərinin isə xəritələrinin hazırlanması istiqamətində işlər aparılır. Ümid edirəm ki, bu problem yaxın vaxtlarda öz həllini tapacaq”.

Oxundu 142

© 2017 - NSPSOLUTIONS