Əməkdar artistin həbsdə olan oğlu azadlığa çıxdı - FOTO

İlham Əliyev səfərbərlik xidməti ilə bağlı fərman verdi - YENİ SƏLAHİYYƏT

"Azərsu" ASC: "Əhalinin 20 milyon borcu var, hər gün suyu kəsirik"

Cümə, 15 dekabr 2017
TR EN RU

Menu

Cümə, 15 dekabr 2017
EN TR RU

CƏMİYYƏT

2000-ci ildən bəri Azərbaycanda 9000 nəfər itkin düşüb - Qarabağ müharibəsindəkindən çoxdur

18.11.2017 11:51

Saytlarda, telekanallarda, sosial şəbəkələrdə tez-tez müxtəlif şəxslərin evdən çıxıb bir daha geri qayıtmaması, müxtəlif səbəblərdən itkin düşməsi ilə bağlı məlumatlar eşidirik. Onlardan tapılıb yaxınlarına verilənlər də olur, tapılmayanlar da.

Qeyd edək ki, 2016-cı ildə ölkəmizdə 712 şəxs itkin düşüb. "Yeniavaz.com" saytı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onların 119 nəfəri 14-17 yaşda olan uşaqlardır.

Son illər Azərbaycanda itkin düşənlərin statistikasına diqqət yetirək:

- 2005-ci ildə Azərbaycanda 983 nəfər itkin düşüb.

- 2006-cı ildə Azərbaycanda 1076 nəfər itkin düşüb.

- 2007-ci ildə Azərbaycanda 1122 nəfər itkin düşüb.

- 2008-ci ildə Azərbaycanda 979 nəfər itkin düşüb.

- 2009-cu ildə Azərbaycanda 788 nəfər itkin düşüb.

- 2010-cu ildə Azərbaycanda 665 nəfər itkin düşüb.

- 2011-ci ildə ildə Azərbaycanda 667 nəfər itkin düşüb.

- 2012-ci ildə Azərbaycanda 665 nəfər itkin düşüb.

- 2013-cü ildə Azərbaycanda 698 nəfər itkin düşüb.

- 2014-cü ildə Azərbaycanda 709 nəfər itkin düşüb.

- 2015-ci ildə Azərbaycanda 652 nəfər itkin düşüb.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3811 nəfərin itkin düşdüyü bildirilir. Qeydiyyata alınan həmin şəxslərdən 3098 nəfəri hərbçilər, 713-ü mülki şəxslər, o cümlədən 61-i (20 nəfər qız, 41 nəfər oğlan) uşaqlar, 255-i qadınlar, 304-ü isə (158 nəfər qadın) qocalardır.

İstintaqdan, təhqiqatdan və məhkəmədən yayınanlar

Ötən il istintaqdan, təhqiqatdan və məhkəmədən yayınanların sayı 3032 nəfər təşkil edib.

Ötən il qeydə alınmış cinayətlərin statistikasına diqqət yetirək:

- Qəsdən adam öldürmə və adam öldürməyə cəhd - 18 cinayət.

- Zorlama və zorlamaya edilən cəhd - 6 cinayət.

- Oğurluq - 445 cinayət.

- Soyğunçuluq - 38 cinayət.

- Quldurluq - 26 cinayət.

- Dələduzluq - 1065 cinayət.

- Mənimsəmə və ya israf etmə - 29 cinayət.

- Hərbi xidmət keçməkdən boyun qaçırma - 9 cinayət.

- Hərbi xidmət əleyhinə olan cinayətlər - 84 cinayət.

- Onlardan fərarilik - 8 cinayət

- Digər cinayət növləri - 1329 cinayət.

Oxundu 286

© 2017 - NSPSOLUTIONS