Mingəçevirdə reyd: cərimə ilə razılaşmayanlar polisə müqavimət göstəriblər

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi növbəti dəfə reyd keçirib. Reyd zamanı sərnişindaşıma sürücülük hüququ olmayan, cərimələri ödəməyən, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşib. Reyddə polisə tabe olmayan sürücülər də aşkarlanıb. Onlara qarşı da protokollar tərtib olunub.

Mingəçevir Şəhər Polis Şöbəsinin Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədovun sözlərinə görə, 2 saat ərzində şəhərin müxtəlif ərazilərində keçirilən reyddə sərnişindaşımada sıxlıq yaradan 16 sürücüyə qarşı protokol tərtib edilib. Avtomobillərdə qara plyonkadan hələ də istifadə edən 18 sürücüyə protokol tərtib olunub. Qaydaları pozan, dayanacaqlardan kənar saxlayan və səliqəsiz nəqliyyat vasitəsi idarə edənlərə qarşı müvafiq qaydada tədbirlər görülür. Mütəmadi təşkil olunan reydlərdə əsas məqsəd sərnişindaşımada xidmətin keyfiyyətini yüksəltməkdir. Qeyd edək ki, reyd zamanı polisə müqavimət göstərən məsuliyyətsiz sürücülər də olub. Onlar yazılan cərimələrə etirazlarını bildiriblər. Polisin bu kimi sürücülərə qarşı reydi mütəmadi olaraq davam etdirəcək.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top