Bel ağrısının 9 SƏBƏBİ

Xaricdən gətirilən kərə yağı ucuzlaşıb: Marketlərdə qiymətlər niyə enmir?

Kubokun finalı 28 mayda olacaq

şənbə, 17 fevral 2018
TR EN RU

Menu

şənbə, 17 fevral 2018
EN TR RU

CƏMİYYƏT

Jurnalisti təhqir edən direktor cəzalandırıldı

18.11.2017 09:39

Müxbiri təhqir edən Bakının 187 nömrəli tam orta məktəbin direktoru Məmmədova Nailə Adil qızına şiddətli töhmət verilib.

Bu barədə Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyib.

B.Məmmədov bildirib ki, N.Məmmədova "Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub:

“Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyanı keyfiyyətsiz yerinə yetirdiyinə görə direktora Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.

Qeyd edək ki, sözügedən orta məktəbinin müəllimlərindən biri Təhsil naziri Mikayıl Cabbarova məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş etmişdi.

Sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrəndikdə Axar.az-ın əməkdaşını məktəb direktoru təhqir etmiş, səviyyəsiz sözlər demişdi.

Maraqlıdır ki, redaksiyaya ünvanlanan şikayət məktubunda da direktorun iş zamanı tərbiyəsiz sözlərdən, kobud ifadələrdən istifadə etdiyi və işçilərini vaxtaşırı aşağıladığı bildirilmişdi.axar.az

Oxundu 378

© 2018 - NSPSOLUTIONS