İngiltərədə havada təyyarə ilə helikopter toqquşub

İngiltərədə havada təyyarə ilə helikopter toqquşub. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Bakinqemşir qraflığının ərazisində baş verib. İnsident Rotşild ailəsinə məxsus malikanənin üzərində qeydə alınıb. Helikptor və təyyarə qalıqlarının evin üzərinə düşdüyü bildirilir. Qəzada xeyli sayda insanın həlak olduğu iddia edilir. Xeyli sayda təcili yardım və yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb edilib.

DİGƏR XƏBƏRLƏR

Top