Mingəçevirdə reyd zamanı 34 sürücü cərimələnib

Mingəçevirdə sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib,çoxlu sayda sürücü cəzalandırıldı. Mingəçevir şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi növbəti reyd keçirib. Reyd zamanı sərnişindaşıma sürücülük hüququ olmayan, cərimələri ödəməyən, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşib. Reyddə polisə tabe olmayan sürücülər də aşkarlanıb. Onlara qarşı da protokollar tərtib olunub.

Mingəçevir şəhər Polis şöbəsinin Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədovun sözlərinə görə, 2 saat ərzində şəhərin müxtəlif ərazilərində keçirilən reyydə sərnişindaşımada sıxlıq yaradan 16 sürücüyə qarşı sürücüyə protokol tərtib edilib. Avtomobillərdə qara plyonkadan hələ də istifadə edən 18 sürücüyə protokol tərtib olunub. Qaydaları pozan, dayanacaqlardan kənar saxlayan və səliqəsiz nəqliyyat vasitəsini idarə edənlərə qarşı müvafiq qaydada tədbirlər görülür. Mütəmadi təşkil olunan reydlərdə əsas məqsəd sərnişindaşımada xidmətin keyfiyyətini yüksəltməkdir. Qeyd edək ki,reyd zamanı polisə müqavimət göstərən məsulliyyətsiz sürücülər də oldu.Onlar yazılan cərimələrə etirazlarını bildirilər. Polisin bu kimi sürücülərə qarşı reydi mütamadi olaraq davam edəcək.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top